Kolumbiya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaqda maraqlı olduğunu bildirib

Prezident Petro Qustavo Braziliya lideri Lula da Silva ilə görüşdə Kolumbiya qeyri-rəsmi BRİKS assosiasiyasında tamhüquqlu üzv kimi iştirak etməyi ciddi şəkildə nəzərdən keçirir.

Öz növbəsində Braziliya prezidenti Kolumbiyanın namizədliyini dəstəklədiyini bildirib və onu öz himayəsi altına alacağına söz verib.

“Prezident Petro Kolumbiyanın BRİKS-ə tamhüquqlu üzv kimi vaxtından əvvəl qoşulmasında maraqlı olduğunu bildirdi və prezident Lula bu təşəbbüsü alqışladı və Kolumbiyanın namizədliyini irəli sürməyə söz verdi”, - deyə Braziliya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan prezidentlərin görüşünün yekunlarına dair birgə bəyanatda deyilir.

Mövsüm

Aznews.az