La-Manş boğazında qayıq qəzası nəticəsində 5 nəfər ölüb

Fransanın şimalındakı "Wimereux" sahilindən yola çıxan qayıq La-Manş boğazını keçmək istəyərkən problem yaranıb.

Biri qız olmaqla 5 nəfər ölüb. Xilas edilən 40-dan çox adamın olduğu bildirilərkən, 50-dən çox adamın hələ də gəmidə olduğu və İngiltərəyə doğru getdiyi açıqlanıb.

Britaniyanın baş naziri Rişi Sunak hadisəni faciəvi adlandırıb və qaçqınların Ruandaya göndərilməsi planının vacibliyini vurğulayıb.

Mövsüm

Aznews.az