- Dünyanın halı
- 15 May 18:32
- 2 417
Orban Fikonun öldürülməsinə cəhdi pisləyib
Macarıstanın baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fikonun öldürülməsinə cəhdi pisləyib.
Bu barədə siyasətçi mayın 15-də X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Həmin gün səhər saatlarında Slovakiya hökumətinin iclasından sonra izdihamın qarşısına çıxan Fikoya bir neçə dəfə atəş açılıb.
“Dostum, baş nazir Robert Fikoya edilən iyrənc hücum məni dərindən sarsıtdı. Onun sağlamlığı və tez sağalması üçün dua edirik! Allah onu və ölkəsini qorusun!” - Orban bildirib.
Mövsüm
Aznews.az