- Dünyanın halı
- 12 İyun 2024 15:27
- 2 837
Putin və Lukaşenko Rusiya-Belarus strateji tərəfdaşlığını müzakirə ediblər

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko telefonla iki ölkənin strateji tərəfdaşlığının inkişafı və İttifaq dövləti çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti bildirib.
“Mayın 24-də Minskdə yüksək səviyyəli Rusiya-Belarus danışıqlarının yekunu üzrə əldə olunmuş razılaşmalar fonunda strateji tərəfdaşlıq və müttəfiqlik üzrə Rusiya-Belarus münasibətlərinin gələcək inkişafının cari məsələləri müzakirə edilib”, - Kremlin mətbuat xidmətindən bildirilib.
"İttifaq dövləti çərçivəsində qarşılıqlı fəaliyyətin müəyyən praktiki aspektləri də əhatə olunub", - deyə vurğulanıb.
Mövsüm
Aznews.az