Çin Cənubi Çin dənizində potensial təxribatlara qarşı xəbərdarlıq edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinqdə bildirib ki, Çin dəniz fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə sadiqdir, lakin Cənubi Çin dənizində təxribatlar olarsa, qətiyyətlə hərəkət edəcək.

"Cənubi Çin dənizi məsələsində Çin dəniz məsələləri üzrə münaqişələrin və fikir ayrılıqlarının birbaşa aidiyyəti tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həllində israrlıdır. Bununla belə, Çin istənilən dəniz pozuntularına və təxribatlara qətiyyətlə cavab verəcək", - diplomat bildirib.

Mövsüm

Aznews.az