Keniyada vergi etirazı: 1 ölü, 200 yaralı

Keniyanın paytaxtı Nayrobi başda olmaqla ölkənin müxtəlif bölgələrində minlərlə insan büdcə kəsirini bağlamaq üçün vergi artımını ehtiva edən qanun layihəsinin geri götürülməsini tələb edib.

"Amnesty İnternational" və Keniya Tibb Assosiasiyası da daxil olmaqla beş hüquq qrupu cümə axşamı günü axşam yaydıqları birgə bəyanatda polisin paytaxt Nayrobidə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdiyini bildirib.

Açıqlamada, Keniya boyu 100-dən çox etirazçının həbs edildiyi bildirilib.

Müstəqil Polis Nəzarət Qurumunun (IPOA) cümə günü verdiyi açıqlamada, "Polis atəşi nəticəsində bir adamın öldürüldüyü və polis məmurları da daxil olmaqla, digər nümayişçilərin ciddi xəsarət aldığını" sənədləşdirildiyi qeyd edilib.

“Biz çoxu gənc olan minlərlə etirazçını polisin təxribatına baxmayaraq, dinc şəkildə etiraz etdiklərinə və mədəniyyət nümayiş etdirdiklərinə görə alqışlayırıq”, - hüquq qrupları bildirib.

Mövsüm

Aznews.az