- Dünyanın halı
- 21 İyun 2024 23:06
- 9 734
Ermənistan Lukaşenkonun acığına Svetlananı əzizləyir

İyunun 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfəri çərçivəsində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Mirzoyanın bu görüşü Ermənistanın Aleksandr Lukaşenkoya diş qıcaması və rəsmi İrəvanın MDB-nin sabit ölkələrindən olan Belarusda xaos planlarına dəstək anlamına gəlir.
Xatırladaq ki, bu görüşdən bir müddət əvvəl Svetlana Tixanovskaya Azərbaycanın əleyhinə, Ermənistanın lehinə bəyanatlarla çıxış etmişdi.
AzNews.az