- Dünyanın halı
- 13 May 19:57
- 1 112
Meksikada merliyə namizəd mitinqdə öldürülüb

Meksikanın Verakruz ştatının Teksistepek şəhərinin merliyinə namizəd Yesenia Lara Qutierres seçki kampaniyası zamanı öldürülüb.
Bu barədə CNN məlumat yayıb.
“Meksika prezidenti Klaudiya Şeynbaum bazar ertəsi səhər keçirdiyi mətbuat konfransında hücumu təsdiqləyib və onun motivi barədə hələ heç bir məlumatı olmadığını bildirib”, - nəşr yazıb.
Atışma nəticəsində Qutyerreslə yanaşı 3 nəfərin həlak olduğu, daha 3 nəfərin yaralandığı bildirilib. Telekanalın məlumatına görə, hücum anı siyasətçinin sosial şəbəkələrdə yayımlanan verilişindən görüntülərə düşüb.
Mövsüm
Aznews.az