Çin 28 ABŞ firması üçün ikili istifadə nəzarətini dayandırıb

Çin 28 ABŞ şirkəti üçün ikili istifadə ixracına nəzarəti dayandırıb.

Bu barədə "Guancha" portalı Çin Ticarət Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb .

“Çin və ABŞ arasında yüksək səviyyəli iqtisadi və ticarət danışıqlarında əldə olunan konsensusun həyata keçirilməsi üçün yuxarıda göstərilən tədbirlərin 2025-ci il mayın 14-dən 90 gün müddətinə dayandırılması qərara alınıb”, - nəşr yazır.

Hesabata görə, ixracatçılar 28 firmaya ikili təyinatlı mallar tədarük etməli olarsa, Çin Ticarət Nazirliyi ilə əlaqə saxlamalıdırlar. Agentlik yoxlama aparacaq və tələblər yerinə yetirildiyi təqdirdə lisenziya verəcək.

Mövsüm

Aznews.az