Liviya Müdafiə Nazirliyi Tripolidə atəşkəs elan edib

Liviya Milli Razılıq Hökuməti (GNA) Müdafiə Nazirliyi Tripolidə atəşkəs razılaşmasının qüvvəyə mindiyini bildirib.

Bu barədə “Al Wasat” qəzeti məlumat yayıb.

“Müdafiə Nazirliyi mülki əhalinin müdafiəsi, dövlət qurumlarının qorunması və paytaxtın gələcək gərginlikdən qorunması səylərinin bir hissəsi olaraq paytaxt Tripolidə gərginliyin bütün bölgələrində atəşkəs rejiminin tətbiqinə başlandığını elan edib”, - nəşr yazır.

Departament bütün tərəfləri atəşkəsə riayət etməyə çağıraraq, nizami qoşunların “sakitliyi təmin etmək” üçün lazımi tədbirləri gördüyünü, o cümlədən bir sıra təmas bölgələrində neytral bölmələrin yerləşdirildiyini bildirib.

Mövsüm

Aznews.az