- Dünyanın halı
- 19 May 15:30
- 2 178
ÜST maliyyə səbəbindən işçilərini ixtisar edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə çatışmazlığı səbəbindən işçilərini ixtisar etməyə və şöbələrinin sayını 76-dan 34-ə endirməyə məcburdur.
Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Baş Səhiyyə Assambleyasının 78-ci sessiyasının açılışında bildirib.
“Prioritetləşdirmə nəticəsində icraçı idarəetmə qrupunun sayı 14-dən 7-yə, şöbələrin sayı isə 76-dan 34-ə endirilməklə, yeni təkmilləşdirilmiş qərargah strukturu hazırlanıb”, o, ÜST-nin saytında yayımlanan çıxışında bildirib .
Onun sözlərinə görə, ÜST növbəti iki ildə 500 milyon dollarlıq büdcə kəsiri ilə üzləşəcək. Təşkilat rəhbəri qeyd edib ki , ABŞ-nin maliyyələşdirməsinin başa çatması səbəbindən ən azı 70 ölkədə xəstələr müalicədən məhrumdur, səhiyyə müəssisələri bağlanır, tibb işçiləri işlərini itirir və insanlar səhiyyə xərclərinin artması ilə üzləşirlər.
Mövsüm
Aznews.az