Bloomberg Yaponiyada doğum nisbətinin azaldığını bildirib

Yaponiyada doğum nisbəti artıq doqquzuncu ildir ki, azalır; 2024-cü ildə tarixdə ilk dəfə olaraq ölkədə 700.000-dən az insan doğulub.

Bu barədə "Bloomberg" məlumat yayıb.

"Yaponiyada doğum nisbəti 2024-cü ildə ardıcıl doqquzuncu ildir ki, daha bir tarixi minimuma enərək, hökumətin qarşısında duran böyük problemi vurğulayır. Doğuşların ümumi sayı təxminən 686,000-ə düşüb. Ümumi ölüm sayı təxminən 1,61 milyon olub, nəticədə əhalinin xalis azalması ilə nəticələnib", hesabatda deyilir.

Mövsüm

Aznews.az