İsrailin müdafiə naziri: Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər

İsrailin müdafiə naziri İsrael Kats Tehrandakı mülki hədəflərə zərbələr endirməklə hədələyib.

Bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, bu, İran hərbi qüvvələrinin İsrail şəhərlərinin yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavab olacaq.

"Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər", - o vurğulayıb.

Qeyd olunub ki, iyunun 13-dən bəri İsrailin mülki obyektlərinə endirilən zərbələr nəticəsində azı 21 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.