- Dünyanın halı
- 19:22
- 1 579
Qanada hərbi helikopter qəzaya uğrayıb: İki nazir həlak olub

Qanada helikopter qəzası..
Milli media Aşanti əyalətinin Adansi şəhərinin Brofoyedu bölgəsində sərnişinləri daşıyan hərbi helikopterin qəzaya uğradığını bildirib.
Qana Silahlı Qüvvələri paytaxt Akkradan Obuasiyə qalxan hərbi helikopterin radarlardan itdiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, hərbi helikopterdə üç heyət və beş sərnişindən ibarət ekipaj olub. Təyyarədə olan səkkiz nəfər arasında nazirlər, prezident aparatının əməkdaşı və təhlükəsizlik işçisi də olub.
Helikopterlə uçan səkkiz nəfərlik heyət arasında olan prezidentin müşaviri Samuel Sarponq və üç ekipaj üzvünü xilas etmək mümkün olmayıb.
Təcili yardım briqadaları cəld hadisə yerinə gəlsə də, əlverişsiz hava şəraiti və dağıntıların vəziyyəti xilasetmə işlərini olduqca çətinləşdirib. Regional qubernator Frank Amoakohene qəza yerinə gəlmək üçün iştirak etdiyi tədbiri tərk edib.
Qana Silahlı Qüvvələri qəzadan qısa müddət sonra helikopterin havaya qalxdıqdan sonra artıq radarda görünmədiyini və dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Qəzanın səbəbi hələlik məlum deyil, səlahiyyətlilər rəsmi açıqlama verməyib.
Mövsüm,
AzNews.az