Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Baş nazir Hun Manet Kambocanın Tailandla münaqişənin həllindəki roluna görə ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini bildirib.

O, Facebook sosial şəbəkəsində yazıb: “Mən Kambocanın Baş naziri kimi Norveç Nobel Komitəsinə prezident Donald Trampın nəcib sülh mükafatına namizədliyini irəli sürən rəsmi məktub təqdim etmişəm.

Baş nazir bu addımın Kamboca xalqının istəklərinə uyğun atıldığını qeyd edərək, bununla da münaqişənin həllində göstərdiyi “təşəbbüs və dəstəyə” görə Trampa minnətdarlıqlarını ifadə etdiklərini qeyd edib.

Mövsüm,

AzNews.az