Kreml: Tramp-Putin görüşü sabah saat 22:30-da baş tutacaq

Dünyanın səbirsizliklə gözlədiyi görüşlə bağlı yeni inkişaf var.

Kreml ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşünün vaxtını açıqlayıb.

Açıqlamada Alyaskada keçirilməsi planlaşdırılan görüşün Moskva vaxtı ilə saat 22:30-da başlayacağı açıqlanıb.

Digər tərəfdən, iki prezidentin təkbətək görüşünün tərcüməçilər vasitəsilə başlayacağı bildirilib.

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Tramp və Putinin Alyaskadakı görüşündən sonra birgə mətbuat konfransı keçirəcəklərini açıqlayıb.

Mövsüm,

AzNews.az