Papa XIV Leo Qəzzalıların kollektiv cəzalandırılmasına son qoymağa çağırıb

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo çərşənbə günü ümumi auditoriyası zamanı İsrailin işğal etməyi planlaşdırdığı Qəzzada humanitar böhrandan danışıb.

"Bütün məhbusların azad edilməsini, davamlı atəşkəsin yaradılmasını, humanitar yardımların təhlükəsiz daxil olmasını və humanitar qanunlara tam hörmət edilməsini xahiş edirəm", - deyən Papa, mülki şəxslərin beynəlxalq hüquqa uyğun olaraq qorunmasının vacibliyini vurğulayıb.

Papa beynəlxalq hüququn kollektiv cəzaları, nəzarətsiz güc tətbiqini və əhalinin məcburi köçkünlüyünü qadağan etdiyini vurğulayaraq, bu "məhv" ə son qoymağa çağırıb .

Mövsüm,

AzNews.az