Orban TDT-nin Qəbələdə keçirilən Zirvə Görüşü ilə bağlı paylaşım edib

Macarıstanın Baş naziri Vikror Orban Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda bildirilib:

"TDT-nin 12-ci Zirvə toplantısında Macarıstan və Türk Dövlətləri sülhə sadiq olduqlarını bir daha təsdiq etdilər. Aİ Ukrayna cəbhəsində müharibə apararkən, biz dialoq və davamlı sülh üçün birlikdəyik".