ABŞ döyüş təyyarəsi Cənubi Çin dənizinə düşüb

ABŞ Hərbi Dəniz Qüvvələri son günlər ard-arda itkilər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk helikopteri və F/A-18 Super Hornet döyüş təyyarəsi 30 dəqiqə fərqlə Cənubi Çin dənizində qəzaya uğrayıb.

ABŞ Sakit Okean Donanmasından verilən açıqlamaya görə, MH-60R Sea Hawk helikopteri Cənubi Çin dənizində adi əməliyyatlar apararkən USS Nimitz təyyarə gəmisindən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Helikopterin ekipajı xəsarət almadan xilas olub.

Bu hadisədən 30 dəqiqə sonra eyni gəmidən havaya qalxan F/A-18 Super Hornet döyüş təyyarəsi də qəzaya uğrayıb. Ekipaj xəsarət almadan xilas edilib, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mövsüm,

AzNews.az