- Dünyanın halı
- 17:23
- 807
Hindistan 2021-ci ildən sonra ilk dəfə Qayanadan neft idxal etdi
Hindistan enerji tədarükü mənbələrini şaxələndirmək çərçivəsində 2021-ci ildən sonra ilk dəfə Qayanadan neft alıb.
Bu barədə Bloomberg agentliyi gəmi izləmə portallarının məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, Cobalt Nova və Olympic Lion adlı çox böyük neft tankerləri noyabrın son günlərində Cənubi Amerika ölkəsi olan Qayananı tərk edib. Hər bir tanker təxminən 2 milyon barel neft yükləyib.
Bildirilir ki, tankerlər marşrut boyunca təxminən 11 min mil (17,7 min km) məsafə qət edəcək və yanvar ayında Hindistana çatacaq. Bloomberg-in qeyd etdiyinə görə, bu, 2021-ci ildən sonra Qayanadan Hindistana ilk neft tədarüküdür. Həmin il Hindistana hər biri 1 milyon barel olmaqla iki yük göndərilmişdi.
Mövsüm,
AzNews.az