- Dünyanın halı
- 19:06
- 960
Zelenski: Ukrayna ABŞ ilə daha yüksək səviyyədə görüşməyə hazırdır
Ukrayna bu gün Rusiyada keçiriləcək görüşlə bağlı ABŞ tərəfindən siqnallar gözləyəcək, gələcək addımlar bunlardan asılı olacaq.
Aznews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə birgə mətbuat konfransında bildirib.
"ABŞ nümayəndə heyətinin Rusiyada görüşü olacaq, biz onlardan müvafiq siqnallar gözləyəcəyik. Onlar görüşdən dərhal sonra bizi məlumatlandıracaqlar. Düşünürəm ki, gələcək və sonrakı addımlar bu siqnallardan, onların necə olacağından asılıdır. Addımlar bu gün ərzində, hətta hesab edirəm ki, hər saat dəyişəcək", - o deyib.
Qeyd edək ki, bu gün Moskvada ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff Rusiya lideri Vladimir Putinə Vaşinqtonun təklif etdiyi və Kiyevin iştirakı ilə yenilənmiş Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını təqdim edəcək.
V.Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrə və Floridada planın 20 bəndini hazırlayıblar, lakin bir sıra məsələlər üzərində hələ işləmək lazımdır.
"Bu gün səhər İrlandiyada ABŞ Prezidentinin komandası ilə görüşlərdə iştirak etmiş nümayəndə heyətimiz toplandı. Hazırda Cenevrədə formalaşdırılmış və Floridada üzərində işlənmiş 20 maddə var. Mənim gördüklərimdən bəzilərinin üzərində hələ də işləmək lazımdır," – deyə Ukrayna lideri vurğulayıb.