- Dünyanın halı
- 11 Dekabr 17:45
- 2 621
Qazaxıstanda qatarda 50-dən çox insan qazdan zəhərlənib
Qazaxıstanın Almatı şəhərində qatarda 52 nəfər qazdan zəhərlənib.
Bu barədə ölkənin səhiyyə departamentinə istinadən nur.kz portalı məlumat yayıb.
Xəsarət alanlar arasında uşaqların da olduğu, ikisinin reanimasiyada olduğu bildirilib. Hadisə yerinə 13 təcili yardım briqadası göndərilib. Bütün zərərçəkənlər müayinə və lazımi yardım üçün şəhər xəstəxanalarına aparılıb.
"Xəstəxanaya yerləşdirilən xəstələrin vəziyyəti həkimlərin nəzarəti altındadır. Onların hamısına lazımi tibbi yardım göstərilib", - idarədən bildirilib.
Mövsüm,
AzNews.az