- Dünyanın halı
- 22 Dekabr 22:23
- 966
Hələbdə Suriya ordusu və üsyançılar arasında toqquşmalar davam edir
Hələbdə Suriya ordusu və "Suriya Demokratik Qüvvələri" (SDQ) qruplaşmasının döyüşçüləri arasında irimiqyaslı silahlı qarşıdurmalar davam edir.
Aznews.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, toqquşmalar SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiyası ilə bağlı yüksək səviyyəli danışıqların fonunda baş verib. Bu proses üçün ayrılan vaxt isə başa çatmaq üzrədir.
Qeyd olunub ki, döyüşçülər Hələbin Şeyxan və Lairmun rayonları yaxınlığında Suriya təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum ediblər və bu səbəbdən Qaziantep-Hələb yolu bağlanıb.
"Syria TV"nin məlumatına görə, SDQ tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində azı iki mülki şəxs həlak olub, daha 10 nəfər yaralanıb.
Suriya Daxili İşlər Nazirliyi də bildirib ki, döyüşçülərin hücumu nəticəsində iki təhlükəsizlik əməkdaşı yaralanıb.
"Bu gün axşam Hələbdəki Şeyx Maqsud və Əşrəfiyyə bölgələrində yerləşən SDQ qüvvələri birgə nəzarət-buraxılış məntəqələrindəki daxili təhlükəsizlik qüvvələrinə xain hücum həyata keçiriblər", - nazirliyin bəyanatında deyilir.
Aznews.az