Ərəb koalisiyasının Yəmənin Mukkala limanındakı əməliyyatı başa çatıb

Yəmənin Mukalla limanında hərbi əməliyyat başa çatıb .

SPA xəbər agentliyi bu barədə məlumat yayıb.

Nəşr bildirib ki, "Əl-Mukalla limanında məhdud hərbi əməliyyat başa çatıb və liman əməliyyatları normal vəziyyətə qayıdıb".

Qeyd olunur ki, əməliyyat nəticəsində heç bir itki və ya əlavə ziyan olmayıb.

Həmçinin bildirək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyasının Yəmənin Mukalla limanında yerləşən "xarici hərbi dəstəyə" qarşı "məhdud hava hücumu" başlatdıqdan sonra Yəməndə hərbi əməliyyat başlatdığını elan etdiyini bildirmişdi .

Mövsüm,

AzNews.az