Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, episentri Şimane prefekturasının şərqində yerləşən zəlzələ yerli vaxtla saat 10:18-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Şimane, eləcə də Tottori, Okayama və Xirosima prefekturalarında güclü hiss olunan zəlzələnin sonradan sunami riski olmadığı elan edilib.

Zəlzələdən sonra 3,2 ilə 5,4 bal arasında dəyişən çoxsaylı afterşoklar baş verib. İlkin məlumatlara görə, heç bir tələfat olmayıb və təsirlənmiş bölgələrdəki nüvə elektrik stansiyalarında heç bir anomaliya aşkar edilməyib.

Mövsüm,

AzNews.az