- Dünyanın halı
- 6 Yanvar 10:54
- 2 312
Quterreş Venesuela ilə bağlı açıqlama verib
Birləşmiş Millətlər Təşkilatının Siyasi Məsələlər üzrə Baş Katibinin müavini Rozmari DiKarlo, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini müzakirə etmək üçün çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclasında Baş katib Antonio Quterreşin adından çıxış edib.
DiKarlo ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı deyib : "3 yanvar hərbi əməliyyatı ilə bağlı beynəlxalq hüquqa hörmətsizlikdən dərin narahatam".
DiKarlo qeyd edib ki, BMT Nizamnaməsi hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməyi qadağan edir və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının bütün üzv dövlətlərin ona riayət etmək öhdəliyindən asılı olduğunu bildirib.
Di Karlo prinsiplərə riayət etməyin vacibliyini vurğulayaraq bildirib ki , “Qanunun aliliyi üstünlük təşkil etməlidir. Beynəlxalq hüquqda narkotik qaçaqmalçılığı, resurslarla bağlı mübahisələr və insan hüquqları ilə bağlı narahatlıqlar kimi məsələləri həll etmək üçün vasitələr var. Bu, bizim getməli olduğumuz yoldur”.
Mövsüm,
AzNews.az