- Dünyanın halı
- 6 Yanvar 13:41
- 3 575
Cənubi Koreya prezidenti Li və Çin prezidenti Si Cinpin selfi çəkdiriblər
Cənubi Koreya prezidenti Li Çje Myonq Çində dörd günlük rəsmi səfərdədir.
Pekinə səfəri zamanı onun Çin prezidenti Si Cinpinlə birlikdə çəkdirdiyi şəkillər sosial mediada yayılıb.
Prezident Si ilə danışarkən Prezident Li mobil telefonunu çıxarıb və Çin lideri ilə selfi çəkdirməyi təklif edib.
Liderlər gülüş və təbəssümlər arasında selfi çəkdiriblər.
Ərlərinin şəkil çəkdirdiyini görən xanımlar isə şəkil çəkdirməyə qoşulublar.
Li və Sinin sevincli anları X kimi sosial media platformalarında istifadəçilərin diqqətini çəkib.
Həmçinin bildirək ki, Cənubi Koreya lideri Li Çje Myonqun yanvarın 7-də Çini tərk etməsi gözlənilir.

Mövsüm,
AzNews.az