Məhəmməd bin Salman və Əhməd Şara arasında telefon danışığı olub

Yaxın Şərqin iki mühüm lideri arasında görüş baş tutub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasına görə, vəliəhd şahzadə Məhəmməd bin Salmana Suriya prezidenti Əhməd Şaradan telefon zəngi gəlib.

Məlumata görə, görüş zamanı tərəflər ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Bəyanatda bildirilir ki, görüşdə regional inkişaflar və qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Mövsüm,

AzNews.az