BMT Liviyada gərginliyin artmasından narahatdır

Birləşmiş Millətlər Təşkilatı Liviyada Ali Dövlət Şurası ilə Nümayəndələr Palatası arasındakı münasibətlərlə bağlı mövqe tutub.

Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası (UNSMIL) bildirib ki, Benqazi və Tripolidəki parlamentlər arasında fikir ayrılığı 10 ildən çoxdur ki, Liviyanın Ali Seçki Komissiyasına yeni liderin seçilməsinə mane olur.

Hər iki tərəfi birtərəfli addımlardan çəkinməyə və dialoqa getməyə çağıran bəyanatda qeyd olunur ki, Ali Seçki Komissiyası bu günə qədər birliyini qoruyub saxlayan və seçkilərin keçirilməsində texniki səriştəsini sübut edən azsaylı milli qurumlardan biridir.

UNSMIL bu mübahisənin həllində tərəfləri dəstəkləməyə hazır olduğunu və seçki prosesinin effektivliyini dəstəkləmək üçün İmad əs-Sayih rəhbərliyindəki Ali Seçki Komissiyası ilə işləməyə davam edəcəyini bildirib.

Mövsüm,

AzNews.az