İsrail və Suriya qısa zamanda təhlükəsizlik üzrə razılaşmaya nail olmağa çalışır

İsrail və Suriya Parisdə keçirilən növbəti danışıqlar raundunda etimadın gücləndirilməsi və təhlükəsizlik sahəsində razılaşmaya nail olmaq üçün addımlar atmaq barədə razılığa gəlib.

Aznews.az xəbər verir ki, bu barədə "Axios"un mənbəyi məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər təhlükəsizlik sahəsində razılaşmaya nail olmaq məqsədilə danışıqların tempini sürətləndirmək, tez-tez görüşlər keçirmək və etimadın gücləndirilməsi üçün addımlar atmaq barədə razılığa gəliblər.

"Tərəflər ABŞ Prezidenti Donald Trampın mövqeyinə uyğun olaraq təhlükəsizlik sahəsində razılaşmaya nail olmaq istəyini ifadə ediblər", - mənbə bildirib.

Qeyd edək ki, Tramp administrasiyası sərhəddə təhlükəsizlik vəziyyətini sabitləşdirəcək və ölkələr arasında gələcək normallaşma istiqamətində ilk addım ola biləcək razılaşmanın əldə edilməsi üçün İsrail və Suriyaya təzyiq göstərir.