- Dünyanın halı
- 16:34
- 1 700
Danimarka və Qrenlandiyada Trampın ada ilə bağlı iddialarına qarşı etirazlar keçiriləcək
Bu gün Danimarka və Qrenlandiyada ABŞ Prezidenti Donald Trampın ada ilə bağlı iddialarına qarşı bir sıra nümayişlər keçiriləcək.
Aznews.az xəbər verir ki, Etirazların məqsədi ABŞ tərəfinə Qrenlandiyada demokratiyaya və əsas insan hüquqlarına hörmət edilməsinin zəruriliyi barədə "aydın və vahid" mesaj göndərməkdir.
Gözlənilir ki, etirazlar ABŞ-nin hər iki partiyasından olan qanunvericilərin Danimarka və Qrenlandiya rəsmiləri ilə Kopenhagendə görüşəcəyi vaxtda keçiriləcək.
Qeyd edək ki, D.Tramp Qrenlandiya üzərində nəzarətin zəruriliyini ABŞ-nin milli təhlükəsizlik məsələsi ilə əsaslandırır.