RİA Novosti: Ukrayna ilə bağlı növbəti danışıqlar yenə də Cenevrədə keçiriləcək

Ukraynadakı münaqişənin həlli üçün danışıqların yeni mərhələsinin yenidən Cenevrədə keçirilməsi planlaşdırılır.

RİA Novosti agentliyi bu barədə məlumat yayıb.

Agentlik bildirib ki, "Onlar [Cenevrəyə] qayıtmağı planlaşdırırlar".

Ukrayna Prezidenti Volodimir Zelenski bu məlumatı təsdiqləyib .

O, “Piers Morgan Uncensored” YouTube kanalına verdiyi müsahibədə İsveçrədə yeni danışıqların yenidən aparılacağını bildirib.

Mövsüm,

AzNews.az