- Dünyanın halı
- 12:03
- 1 965
Yaponiya Baş naziri: Rusiya ilə ərazi məsələsini həll edib sülh müqaviləsi bağlamaq istəyirik
Yaponiya hökumətinin Rusiya ilə “ərazi problemini” həll etmək və sülh müqaviləsi imzalamaq niyyəti dəyişməz olaraq qalır.
Bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi parlamentdə vəzifəyə başlaması münasibətilə proqram xarakterli çıxışı zamanı bildirib.
O deyib ki, Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdə olsa da, Tokio hökumətinin mövqeyi dəyişməyib.
“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin hökumətin mövqeyi dəyişməzdir: ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq”, – deyə Baş nazir vurğulayıb.
Baş nazirin çıxışının videogörüntüsü Yaponiyanın Baş nazir Ofisinin rəsmi “YouTube” kanalında yayımlanıb.
Bununla yanaşı, Takaiçi Rusiyanın Ukraynadakı hərəkətlərini yenidən tənqid edib və münaqişənin tezliklə dayandırılmasının vacibliyini qeyd edib.
Mövsüm,
AzNews.az