İranın İsrailə raket hücumu: Mülki şəxslər ölüb, 10 yaşlı uşaq yaralanıb

İranın İsrailin Dimona şəhərinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb, 47 nəfər yaralanıb.

Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Bundan öncə məlumat yayılmışdı ki, İsrailin cənubundakı Dimona bölgəsində raket hücumu nəticəsində 20 nəfər xəsarət alıb. Yaralananlar arasında 10 yaşlı uşaq da var.

İran dövlət televiziyasının məlumatına görə isə, Dimonaya zərbə İsrailin Natanzdakı nüvə obyektinə hücumuna cavab olaraq endirilib.

AzNews.az