- Dünyanın halı
- 16:35
- 768
ABŞ Karakas səfirliyini 7 ildən sonra yenidən açdı
ABŞ-nin Venesueladakı hədəfinə çatdığı bildirilib...
Milli mətbuatda yer alan xəbərə görə, diplomatik münasibətlərin normallaşması ilə birlikdə ABŞ-nin Karakasdakı səfirliyi yenidən fəaliyyətə başlayıb.
ABŞ-nin Karakasdakı səfirliyindən verilən açıqlamada bildirilib:
“Venesueladakı diplomatik mövcudluğumuzda yeni bir dövrü təmsil edən Karakas səfirliyimizdə fəaliyyətimizi rəsmi olaraq yenidən başladıq.”
Açıqlamada qeyd olunub ki, bu addım Venesueladakı keçid hökuməti, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq qurmaq imkanlarını gücləndirəcək.
Səfirliyin yenidən açılması ABŞ-nin Venesuelaya yönəlik üç mərhələli planında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
7 İL SONRA GƏLƏN QƏRAR
Digər tərəfdən, diplomatik normallaşma prosesi çərçivəsində Venesuela da Vaşinqtondakı səfirlik binasını yenidən nəzarətə götürüb.
Paytaxt Karakasın Baruta rayonunda yerləşən ABŞ səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin 2019-cu ildə dayandırılmasından bəri bağlı idi.
ABŞ Dövlət Departamenti səfirliyin yenidən açılması ehtimalını qiymətləndirmək üçün bir nümayəndə heyətinin Karakasa səfər etdiyini açıqlamışdı.
Mövsüm,
AzNews.az