- Dünyanın halı
- 21:04
- 1 348
Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq
ABŞ və İsrailin İranla apardığı müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq.
Aznews.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı deyib.
"Bu müharibəyə hər hansı bəhanə ilə hər cür müdaxilə təhlükəli nəticələrə səbəb olacaq", - o bildirib və əlavə edib ki, Aİ-nin ABŞ-İsrail cinayətləri qarşısında sükutu təəssüf doğurur və insan haqları iddialarına ziddir:
"Avropa ölkələri İrana qarşı pozucu yanaşma əvəzinə, öz siyasətlərini beynəlxalq hüquq əsasında tənzimləsinlər".