- Dünyanın halı
- 17:58
- 827
Çin dövlətə məxsus enerji şirkətinin keçmiş rəhbərini edam cəzasına məhkum etdi
Çində məhkəmə dövlət enerji şirkəti “China Datang”ın sabiq baş direktoru Kou Veyi xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilərək, iki il müddətinə təxirə salınmaqla ölüm cəzasına məhkum edib.
Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
İstintaq materiallarına görə, top-menecerin əldə etdiyi qanunsuz gəlirin məbləği 154 milyon yuan (ölkənin Mərkəzi Bankının məzənnəsinə görə 22 milyon dollardan çox) təşkil edib. Araşdırma zamanı müəyyən olunub ki, Kou Vey vəzifə səlahiyyətlərindən mütəmadi olaraq şəxsi maraqları üçün sui-istifadə edib.
Məhkəmənin qərarına əsasən, sabiq məmur ömürlük siyasi hüquqlardan məhrum edilib. Bundan əlavə, onun bütün şəxsi əmlakı dövlətin xeyrinə müsadirə olunacaq.
Mövsüm,
AzNews.az