Son sutkada İsrailin Livana zərbələri nəticəsində 34 nəfər ölüb

Ötən sutka ərzində İsrailin Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində 34 nəfər ölüb, 174 nəfər xəsarət alıb.

Aznews.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri Livanda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 2 089-u, yaralıların sayı isə 6 762-ni ötüb. Ölənlər arasında 1 671 kişi, 166 uşaq və 252 qadın var", - bəyanatda deyilir.