- Dünyanın halı
- 15 Aprel 13:42
- 1 973
ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ yaxın günlərdə Yaxın Şərq regionuna minlərlə əlavə hərbçi yerləşdirməyi planlaşdırır.
Bu barədə "The Washington Post" nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, göndəriləcək qüvvələrə dənizçilər və dəniz piyadaları daxildir. Bu addım Donald Tramp administrasiyasının İrana qarşı dəniz blokadasını həyata keçirmək səyləri fonunda atılır.
Qeyd olunur ki, bu qərar Tehran rəhbərliyini razılaşmaya məcbur etmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ zəif və qeyri-sabit hesab olunan atəşkəsin pozulacağı halda əlavə hərbi variantları da nəzərdən keçirir.
Beləliklə, Vaşinqton həm diplomatik, həm də hərbi təzyiq alətlərini paralel şəkildə işə salaraq münaqişəni öz şərtləri çərçivəsində sonlandırmağa çalışır.
Mövsüm,
AzNews.az