Əraqçi və İshaq Dar arasında telefon danışığı baş tutub

İranın xarici işlər naziri Abbas Əraqçi ilə pakistanlı həmkarı arasında telefon danışığı baş tutub.

Aznews.az xəbər verir ki, bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.

"İran və Pakistanın xarici işlər nazirləri ən son regional və beynəlxalq proseslər, eləcə də ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.