İndoneziyada vulkan püskürdü: Xarici turistlər öldü, 20 nəfər itkin düşdü

Dukono vulkanının püskürməsi nəticəsində iki xarici turist və bir yerli sakin həlak olub, daha 20-yə yaxın şəxs isə dağ yamacında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Detik portalı polisə istinadən məlumat yayıb.

Şimali Halmahera adasının polis rəisi Erlixson Pasaribu bildirib:

“Bəli, üç nəfər ölüb. Onlardan ikisi Sinqapur vətəndaşı, biri isə Cayaapurada doğulmuş yerli sakin idi.”

Hazırda xilasedici qruplar fəlakət bölgəsində təxliyə əməliyyatı aparır. "Agence France-Presse" isə xilasedicilərə istinadən xəbər verir ki, püskürmədən sonra 20 turist itkin düşüb. Onların arasında doqquz Sinqapur vətəndaşı da var.

Mövsüm,

AzNews.az