Başlığa çıxarılan sual Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov müsahibəsindən sonra aktuallaşıb. Budanov deyib ki, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər Başlığa çıxarılan sual Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov müsahibəsindən sonra aktuallaşıb. Budanov deyib ki, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər

Rusiya Ukraynaya hücum edəcəkmi?

Başlığa çıxarılan sual Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov müsahibəsindən sonra aktuallaşıb. Budanov deyib ki, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi hücumun necə həyata keçiriləcəyi mexanizmini də açıqlayıb: “Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Ayrıca, Belarus sərhədindən də kiçik qüvvə ilə hücum başlayacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq”. Budanovun sözlərinə görə hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.

Kiril Budanov sıradan bir şəxs deyil. Ona görə onun müharibə xəbərdarlığını diqqətə almamaq olmur. Kreml Ukraynanın Donbası nəzarətə almaq planlarından narahatdır. Görünür, Rusiya kəşfiyyatı Kiyevin planları barədə Ukrayna ordusundakı və xüsusi xidmət orqanlarındakı xəfiyyələri vasitəsilə xəbərdar olub. Həqiqətən Ukrayna ona görə modern silahlar təhciz olunur ki, ərazi bütövlüyünü təmin edə bilsin.

Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayır. Bu Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı “vətəndaşlarını” qoruyacaq. Ancaq Budanovun açıqlamasından o da aydın olur ki, Rusiya Donbası işğal etməklə kifayətlənməyəcək, ilkin mərhələdə Mariupol və Odessanı da ələ keçirəcək.

Bu mümkündür. Ümumiyyətlə Kremlin 2104-cü ildəki planı beləydi ki, Krımın ilhaqından sonra Donbasdakı separatçı hərəkat Ukraynanın içərilərinə doğru inkişaf etməli, Mariupol, Odessa, Xarkov, Nikolayev, Dnepr, Xerson kimi şəhərlər Kiyevin nəzarətindən çıxarılmalı idi. Bu plan “Novorossiya” adlanırdı. Kreml Ukraynanı parçalamaq istəyirdi. Moskva “Kiyevdən şərqə bizim, Kiyev və qərb bölgələri sizin” prinsipindən çıxış edirdi. O zaman bu plan alınmadı və Kreml Krım, o cümlədən Donetsk və Luqanskla kifayətlənməli oldu. Mariupol və Odessa da az qala əldən çıxırdı, ancaq Ukraynada ordunun dağılması fonunda milli qüvvələr müqavimət göstərərək ölkələrinin tam parçalanmasının qarşısını aldılar.

Buna baxmayaraq, Rusiya bu gün də Ukraynanı parçalamaq planından imtina etməyib. Maripuol və Odessa strateji liman şəhərləridir. Digər tərəfdən bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı da kifayət qədərdir. Ona görə Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri