“Əgər Nazarbayev klanından məsələni birdəfəlik qurtarmağı və onların əlində cəmlənən kapitalı dövlətə qaytarmaq istiqamətində işlər görərsə, Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi arxa plan keçə bilər” “Əgər Nazarbayev klanından məsələni birdəfəlik qurtarmağı və onların əlində cəmlənən kapitalı dövlətə qaytarmaq istiqamətində işlər görərsə, Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi arxa plan keçə bilər”

“Tokayevin böyük səhvi onda oldu ki, sona qədər öz polisinə inanmadı”- İlham İsmayıl

“Əgər Nazarbayev klanından məsələni birdəfəlik qurtarmağı və onların əlində cəmlənən kapitalı dövlətə qaytarmaq istiqamətində işlər görərsə, Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi arxa plan keçə bilər”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qazaxıstanda baş verənlərlə bağlı fikirlərini AzNews.az analitik-informasiya portalı ilə bölüşüb.

O bildirib ki, Qazaxıstanda 30 illdir avtoritar rejim hakimiyyətdədir. Bu rejim ölkənin bütün gəlirlərini bir qrupun əlində cəmləşdirib.

“Bu səbəbdən sosial-iqtisadi problemlər artıb. Ölkədə insanların etirazlarını, narazılıqlarını bildirmələrinə imkan verilməyib.

30 ildir hakimiyyətə qarşı formalaşan mənfi enerji adi maye qazın qiymətinin qalxmasından etiraz dalğasına çevrildi.

Bu siyasi etiraz dalğası deyildi. Ancaq çox sürətlə siyasi müstəviyə, hakimiyyət uğrunda mübarizəyə keçdi. Çünki ölkədə klanlar və klanlararası dava var. İş o həddə çatdı ki, qarşıdurma yaşandı, silahlı müqavimət göstərildi. Polis əməkdaşları etirazçıların tərəfinə keçərək, xalqın yanında olduqlarını və xalqa əl qaldırmayacaqlarını bildirdilər.

Bunu görəndən sonra Tokayev KTMT-yə müraciət etməyin məqsədəuyğun olduğunu açıqladı.

Bu o demək idi ki, əgər qazax millətindən olan polis etirazçıya hər hansı müqavimət göstərməyəcəksə, bilsin ki, başqası:(belarus, rus erməni) bu müqaviməti göstərə bilər. Göründüyü kimi burada proseslər çox sürətlə baş verdi.

Tokayev sürətli tədbirlər görərək höküməti, güc strukturlarını buraxdı. Nursultan Nazarbayev Təhlükəsizlik Şurasından uzaqlaşdırıldı. Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov “dövlətə xəyanət” maddəsi ilə nəzarətə alınıb. Tokayev Nazarbayevin əlində cəmlənən bütün güc strukturlarını aradan götürdü”.

Ekspertin fikrincə, Tokayevin böyük səhvi onda oldu ki, sona qədər öz polisinə, hüquq mühafizə orqanlarına inanmadı.

“KTMT-yə müraciət etməklə öz xalqının etirazını yad güclərin əli ilə dağıtmağa qərar verid. Bu onun siyasi karyerasına ciddi zərbə oldu. Ancaq nəzərə alınmalıdır ki, Tokayev Sinqapurda səfir olub. Avtoritar rejimə və korrupsiyya qarşı ən yaxşı mübarizə orda aparılıb. Hərhalda Tokayevin sosial-iqtisadi problemlər, siyasi islahatlar istiqamətində siyasəti müsbət nəticə verə bilər. Əgər Nazarbayev klanından məsələni birdəfəlik qurtarmağı və onların əlində cəmlənən kapitalı dövlətə qaytarmaq istiqamətində işlər görərsə, Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi arxa plan keçə bilər. Ölkədə etirazın baş verməsinə səbəb 30 illik avtoritar rejim dövründə yığılan mənfi enerji idi ki, o çıxmalı idi. Bu bütün avtoritar rejimlərə dərs oldu. Hadisələrin necə inkişaf edəcəyi Tokayevin apardığı siyasətdən asılı olacaq”,- deyə o vurğulayıb.

Şəbnəm Zahir