Onun Azərbaycanla bağlı bu çıxışında qərəz açıq-aydın görünür Onun Azərbaycanla bağlı bu çıxışında qərəz açıq-aydın görünür

Asif Əsgərli: Nensi Pelosi İrəvanda əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq rol oynadı

Onun Azərbaycanla bağlı bu çıxışında qərəz açıq-aydın görünür

“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi guya regionda sülh və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün İrəvana gəlib. Lakin onun İrəvanda son çıxışında Azərbaycanın ünvanına ağır ifadələr səsləndirməsi heç də sülhə çağırış xarakteri daşımırdı”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, Nensi Pelosinin Azərbaycana qarşı əsassız və ədalətsiz ittihamlar səsləndirməsi onun erməni lobbisinin təsiri altında olduğunu göstərir: “Onsuz da Nensi Pelosi erməni lobbisnin pulu ilə İrəvana gəlib. Erməni icması onun İrəvana səfəri üçün 120 milyon dollar pul ödəyib. Bunun qarşılığında isə Nensi Pelosi İrəvanda əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq rol oynamalı idi. Belə ki, qondarma soyqrımı abidəsi önündə yalançı göz yaşı töküb ağlamalı və Azərbaycan əleyhinə çıxışlar etməli idi. O, sanki “Hollywood” aktrisası kimi bütün ssenarini başacan oynadı. Lakin bu zaman Nensi Pelosi bütün ədaləti, demokratiyanı, hətta konqresmenliyini unutmuşdu”.

Politoloqun fikrincə, Nensi Pelosi bu addımları ili ABŞ demokratiyasını yerdən yerə vurdu: “Onun Azərbaycanla bağlı bu çıxışında qərəz açıq-aydın görünür. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq öz mövqeyini bildirib. Açıqlmada qeyd olunduğu kimi, bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir. Nensi Pelosi bu səfəri siyasi cəhətən sabit olmayan Ermənistanı daha çalxalayıb. Artıq ölkə daxilində qütbləşmə daha da dərinləşib”.

Asif Əsgərli bildirib ki, Nensi Pelosi ABŞ kimi bir ölkəni təmsil etdiyinin fərqinə varmır: “Nəzərə almır ki, bu kimi addımlarla regionda barış əvəzinə gərginlik daha da artır. Nensi Pelosinin Ermənistana belə açıq şəkildə və birtərəfli mövqedən dəstəyi regionda maraqları olan ölkələrdə şübhəsiz qıcıq yaradır. Buna görə də region ölkələri özlərinin geopolitik olaraq strategiyalarına yenidən düzən verməli olacaqlar. Azərbaycan üçün isə hər zaman sülh və sabitliyin qorunması önəmlidir. Bütün dünya və region ölkələri Azərbaycanın daimi barışdırıcı mövqedə olduğunu təsdiqləyirlər. Ermənistanın isə təcavüzkar ölkə olduğunu elə müttəfiqləri də bilirlər”.