Bu gün Paşinyan rejimi konkret olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imkanlarından istifadə etmək niyyətindədir Bu gün Paşinyan rejimi konkret olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imkanlarından istifadə etmək niyyətindədir

Ermənistanın KTMT hikkəsi - İrəvandan “Rusiyaya təpik, Qərbə qucaq” mesajı

Bu gün Paşinyan rejimi konkret olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imkanlarından istifadə etmək niyyətindədir

Ermənistan 12-13 sentyabr təxribatlarını törədəndən və sərhəd boyunca yığdığı texnikası, canlı qüvvəsi məhv edildikdən sonra Azərbaycana qarşı “təcavüz” iddialarını ortaya atmaqla, KTMT-ni proseslərə cəlb etmək üçün çalışdı. Lakin buna nail ola bilmədi, çünki dünya da, KTMT ölkələri də reallıqları yaxşı bilirlər. Onlar Azərbaycanın uğurlu siyasi-diplomatik gedişi nəticəsində Ermənistanın təxribatına dəstək vermədilər. Bundan sonra Ermənistan həm Rusiyanı, həm də KTMT-ni Qərbə üz tutacağı ilə şantaj edir. Hətta hazırda KTMT-nin rotasiya qaydasında sədri olmasına baxmayaraq, Ermənistan qurumun son təlimlərində iştirakdan imtina edib.

Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqləyib: “Ermənistan Müdafiə Nazirliyindən KTMT-nin təlimlərində iştirak etməməklə bağlı qərarına dair rəsmi məlumat almışıq. Təsdiqləyirik”.

Belə çıxır ki, Ermənistan “KTMT-yə təpik, Qərbə qucaq” şantajını davam etdirir. Bu, İrəvana nə vəd edir?

Rəşad Bayramov:

Mətləb Aslanov: “İki od arasında” qalmağa davam edəcəklər"

AĞ Partiya başqanının köməkçisi, siyasi şərhçi Mətləb Aslanov qeyd etdi ki, Paşinyan hökumətinin KTMT ilə bağlı siyasətinin dəyişməsi gözlənilən idi: “Bu siyasət ən çox da II Qarabağ savaşı ilə dəyişdi. Həmin 44 günlük savaşda Ermənistan "rus-NATO"sundan istədiyini ala bilmədi. Ondan sonrakı mərhələdə bu günə qədər davam edən proseslərdə də analoji vəziyyətlə rəsmi İrəvan üzləşdi. Son olaraq, ermənilərin sərhəd təxtibatlarındakı KTMT-nin mövqeyi bu qurumla deyərdim ki, Paşinyan iqtidarı arasındakı bağları qoparmaq həddinə çatdırdı. Artıq bu vəziyyətdən Qərb dairələri istifadə etmək üçün hərəkətə keçməkdədir. Ermənistanı rus caynağından qoparmağa çalışırlar. Düşünürəm ki, bu durum Ermənistanın vəziyyətini daha da ağırlaşdırır. Onların yeganə xilas yolları Azərbaycanla sülh sazişini bağlamaqdan keçir. Əks təqdirdə, “iki od arasında” qalmağa davam edəcəklər".

Niyaməddin Orduxanlı: “Paşinyanın bu hiyləsini Putin də çox yaxşı başa düşür”

BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı Ermənistanın bu siyasətindən Putinin xəbərdar olduğunu bildirdi: “Bu gün Paşinyan rejimi konkret olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imkanlarından istifadə etmək niyyətindədir. 13 sentyabr hadisələrində Ermənistan Azərbaycanı KTMT ilə üzbəüz qoymaq istədi. Azərbaycanın "təcavüz" törətməklə bağlı rəsmi qurumlara müraciət etdi. Ermənistanın bu iddiaları keçərli olmadı. Çünki Prezident İlham Əliyev Azərbaycanın rəsmi mövqeyini hər kəsə çatdırdı ki, son 30 ildə Azərbaycanla Ermənistan arasında delimitasıya aparılmayıb və sərhdələrin müəyyən olunması baş tutmayıb. Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra SSRİ dövründə olan sərhədlərdə belə nişanlanmanı həyata keçirməyib. Heç kimsədə Azərbaycanı Ermənistan torpağını tutmaqda ittiham edə bilməz. Ermənistan faktiki Azərbaycanın delimitasiya təklifini də qəbul etmir. Belə olan vəziyyətdə bir kimsə Azərbaycanı “təcavüzkar” adlandıra bilməz! İlham Əliyevin bu çıxışından sonra həm KTMT, həm də Qərb, Amerika və Avropa ölkələri heç bir söz deyə bilmədilər. Onlar Azərbaycanın uğurlu siyasi-diplomatik gedişatı nəticəsində Ermənistanın təxribatına dəstək vermədilər. Əslində Prezidentin turarlı arqumenti qarşısında nə Qərb, nə də KTMT bir söz deyə bilmədi. Paşinyan ikili siyasət yürüdür. Həm Rusiyanı, həm də KTMT-ni Qərbə üz tutacağı ilə şantaj edir. Niyə KTMT-nin təlimlərinə Ermənistan qatılmır?! Bununla özünü Qərbə yaxın göstərmək istəyir. Qazaxıstan Müdafiə Nazirliyi Ermənistanın KTMT-nin ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqlədi də. Ermənistan “KTMT-yə təpik, Qərbə qucaq” şantajını siz də dediyiniz kimi davam etdirir. Uzun müddət bu siyasət davam edə bilməz. Paşinyanın bu hiyləsini Putin də çox yaxşı başa düşür. Onun məqsədi nəyin bahasına olursa-olsun, Azərbaycan-Ermənistan arasında baş tuta biləcək sülh sazişini yubatmaqdır. Yeri gəlmişkən, iki gün qabaq Paşinyanın Fransaya səfərindən dərhal sonra Makronun cənab Prezidentə telefon açmağı və müəyyən xahişləri etməsi də təsadüfi deyil. Fransa bütün imkanları ilə Paşinyanı dəstəkləyir..."