- Müşahidə məntəqəsi
- 16 İyun 2023 14:57
- 8 735
Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu - Politoloq
“Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar diqqət çəkir. 2021-ci ilin 15 iyun tarixində işğaldan azad olunmuş mədəniyyət mərkəzi Şuşada tarixi bəyannamənin imzalanması dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı”.
Bu sözləri AzNews.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq qeyd edib ki, bu gün Şuşa Bəyannaməsində göstərilən maddələr üzrə münasibətlər inkişaf etdirilir:
“Ötən gün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə olan Prezident İlham Əliyev Şuşa Bəyannaməsinə diqqət çəkdi. İki ölkə arasında münasibətlər əvvəldən müttəfiqlik xarakteri daşıyırdı. Şuşa Bəyannaməsi bunu rəsmən təsdiqlədi. Şuşa Bəyannaməsinin ən önəmli tərəfi ondan ibarətdir ki, tarixi Qars müqaviləsinə istinad edir. Yeni reallıqlar çərçivəsində əməkdaşlığı əks etdirir”.
İ.Hüseynov onu da vurğulayıb ki, digər tərəfdən Şuşa Bəyannaməsi regional təhlükəsizlik baxımından da yüksək əhəmiyyət daşıyır:
”Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına qarşı qəsd olarsa, Türkiyə və Azərbaycan bu təhdidlərin öhdəsindən gəlməyi bu önəmli sənəd sayəsində üzərinə götürüb. Ötən iki il ölkələrimiz arasında olan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu da nümayiş etdirir”.
Ayan Rzayeva