"Ermənistan Vətən müharibəsinin il dönümü ərəfəsində geniş miqyaslı təxribatlara hazırlaşır"

"Ermənistanın sərhəd boyu hərəkətliliyi “Xankəndi blokadası” , “erməni soyqırımı” kampaniyası kimi informasiya təxribatlarının mahiyyətini açıq ortaya qoyur. Bu 10 ay ərzində paralel diplomatik təxribatlar davam edib və etməkdədir".

AzNews.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva bildirib.

O qeyd edib ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsinin il dönümü ərəfəsində geniş miqyaslı hərbi təxribatlara hazırlaşır:

"Erməni mediasında Fransadakı erməni lobbisinin tezliklə Ermənistana “sülhməramlı” yollayacağı haqqında informasiyalar tirajlanır. Bu, 3 tərəfli razılaşmanın imzalanmasından sonra sifarişi Fransadan gəlmiş üçüncü geniş miqyaslı təxribat olacaq. 30 ildən sonra Qafqazda aydınlmış suları bulandırmaq istəyən dairələr səfərbər olunub".