Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bütün zəruri addımları atır - Millət vəkili

“Cənab prezident həm Qarabağda, həm ölkəmizdə cərəyan edən hadisələrlə bağlı qətiyyətli və prinsipal mövqeyini bildirdi. Hesab edirəm ki, bu gün Azərbaycan Vətən müharibəsindəki qələbəsindən sonra yeni bir mərhələyə daxil olub. Bu gün Azərbaycanın qarşısında çox mühüm vəzifə durur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bütün zəruri addımları atır.

“Biz əminik ki, zamanla öz hədəf və məqsədlərimizə nail olacağıq. Azərbaycanın bu gün bu istiqamətdə atdığı addımlar bunu əminliklə söyləməyə əsas verir. Vətən müharibəsindəki qələbədən sonra bir reallıq yaranıb. Bu yaranan reallıqla bağlı Azərbaycan qətiyyətli addımları ilə daim inkişafdadır”.

Rəfiqə NAMAZƏLİYEVA