Ermənistana belə münasibət başqalarını da işğala cəsarətləndirməkdir - Yeganə Hacıyeva

"ABŞ dövlət katibi Entoni Blinken deyir ki, ABŞ Ermənistana 65 milyon dollardan çox pul verməyi planlaşdırır ki, bu da iki il əvvəllə müqayisədə 50% çoxdur. Biz erməni xalqının demokratik və firavan gələcəyinə, eləcə də daha inteqrasiya olunmuş və daha dinc Cənubi Qafqaz regionuna transatlantik dəstəyi bir daha təsdiqləmək üçün buradayıq".

AzNews.az xəbər verir ki, bunu siyasi şərhçi Yeganə Hacıyeva bildirib.

"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel deyir ki, güclü və sabit Ermənistan daha güclü və sabit Cənubi Qafqaz deməkdir”.

Ədaləti və tarixi reallıqları kənara qoyuram, amma beynəlxalq hüququ pozan, qonşusunun torlaqlarını 30 il işğal altında saxlayan, terrora məruz qoyan, maddi-mənəvi talayan, mülki vətəndaşlarını qətl edən, kütləvi məzarlıqda basdıran Ermənistana belə münasibət başqalarını da işğala, müharibə cinayətlərinə və terrora cəsarətləndirmək, sövq etməkdir", - o əlavə edib.