“Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır” - Ombudsman

Ombudsman bu barədə Qubada keçirilən tədbirdə fikir səsləndirib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ağır ürək və böyrək çatışmazlığı, ağır dərəcəli eşitmə azlığı olan uşaqların dövlət vəsaiti hesabına əməliyyat olunması, şəkərli diabet üçün preparatlara, ruhi xəstələrin qidalanmasına ayrılan büdcə xərclərinin dəfələrlə artırılmasınə təklif edib.

Ombudsman bu barədə “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində Qubada keçirilən tədbirdə fikir səsləndirib.

O, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş çoxsaylı təkliflərinin nəticəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsini bildirib.

E.Süleymanova həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul olunması, habelə əlilliyi olan şəxslər üçün müyəssər şəraitə malik infrastrukturun qurulmasını vurğulayıb.(report.az)

AzNews.az